Şənbə , Aprel 20 2024
azfa

ABŞ İranın təşkil edib maliyələşdirdiyi Hizbullah terror təşkilatı ilə bağlı mükafat təyin etdi

نگراني رژيم صهيونيستي از توانمندي هاي مقاومت لبنان

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ İranın təşkil edib maliyələşdirdiyi Hizbullah terror təşkilatının maliyyə şəbəkəsi ilə bağlı informasiya üçün 10 milyon dollar mükafat təyin etdi.

Bunu ABŞ-ın maliyyə nazirinin terrorizmin maliyyələşməsi ilə mübarizə üzrə müavini Marşal Billinqsli deyib.

Billinqsli bu addımın ABŞ Xarici İşlər Nazirliyi tərəfindən qüvvəyə minən “Ədalət üçün mükafat” proqramı çərçivəsində atıldığını bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ötən ilin oktaybrında 241 amerikalının Livanda öldürülməsinin 35-ci illiyi ilə əlaqədar təşkil edilən tədbirdə “Hizbullahın Beynəlxalq Maliyyələşməsini Əngəlləmək Qanunu Dəyişikliyi” adlı yeni qərar imzaladığını açıqlamışdı.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın