ABŞ irqçi fars rejimin neft ixracatını sıfıra endirəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin İran üzrə İşçi Qrupunun rəhbəri Brayan Huk irqçi fars rejimə qarşı neft sanksiyalarının təsirli olduğunu bildirib.

O sanksiyalar barədə güzəşt edilən 8 ölkə barəsində danışaraq deyib ki, möhlət müddətləri başa çatmaq üzrə olan bu ölkələr barəsində hələ ki, son qərar qəbul edilməyib. Onun sözlərinə görə, bu barədə son qərarı Dövlət Departamentinin rəhbəri Mayk Pompeo prezident Donald Trampla məsləhətləşəndən sonra elan edəcək.

Huk deyib ki, ölkəsi daha hər hansı bir ölkəni İranın neft sektoruna qarşı qəbul edilmiş sanksiyalarda istisna siyahısına daxil etməyi düşünmür.

 

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın