Cümə axşamı , Aprel 18 2024
azfa

ABŞ irqçi fars rejimindən neft alışı güzəştlərini tam ləğv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ mayın 2-dən etibarən İrana qarşı neft sanksiyalarıyla əlaqədar güzəşt tətbiq etdiyi ölkələrə verdiyi imtiyazları tam ləğv edəcək.

Bu məlumatı “Vaşinqton Post” yayıb. Məlumata görə, bunu aprelin 22-də ABŞ Dövlət katibi Mayk Pompeo şəxsən elan edəcək. Çıxışı zamanı Pompeo İran nefti idxal edən ölkələrin bu fəaliyyətlərini tam dayandırmaları gərəkdiyini, əks təqdirdə onlara sanksiya tətbiq olunacağını bildirəcək. Pompeo Səudiyyə Ərəbistanı və BƏƏ-nin İranın neft bazarındakı payını kompensasiya edəcəyini də vəd edəcək.

Qeyd edək ki, ABŞ bundan öncə İran neftinə qarşı sanksiya tətbiq etmişdi. Sanksiyalara əsasən, əgər hansısa ölkə İrandan neft idxal edərsə, o, avtomatik ABŞ sanksiyalarına məruz qalacaqdı. Bununla belə, ABŞ bir sıra ölkələrə (Çin, Hindistan, Türkiyə, İraq və s.) idxalı tam dayandırmaları üçün 90 gün müddət vermişdi.

Həmçinin yoxlayın

Kürd terrorçuları Urmiyada “Yaşasın Azərbaycan!” deyən azərbaycanlı gəncə hücum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Urmiya şəhərində futzal oyunları üzrə keçirilən Ramazan Kuboku …

Azərbaycanlı fəal Kərim Fəyyaz yol qəzasında həyatını itirib

GADTB: Güney Azərbaycanın Məlikkəndi (Məlikan) şəhərnin sakini olan azərbaycanlı milli fəal Kərim Fəyyaz Ərədbil-Astara arasında …

Bir cavab yazın