Çərşənbə , Aprel 24 2024
azfa

ABŞ kəşfiyyatı İsraillə irqçi fars rejimi arasında müharibə olacağını proqnozlaşdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ kəşfiyyatına yaxınlığı ilə tanınan analitik mərkəz müharibə xəbərdarlığı edib.

ABŞ kəşfiyyatına yaxınlığı ilə tanınan “Rand Corporation” analitik mərkəzi İsrail ilə İran arasında qarşıdurmanın yeni müharibə riskini artırdığını yazıb. Xəbərdarlıq İsrailin Suriyadakı İran hədəflərinə qarşı hücumları artırdığı bir ərəfədə edilib.

“Rand Corporation” İsrailin son aylarda İran və Hizbullaha məxsus hərbi obyektlərə qarşı tez-tez həyata keçirdiyi hücumları “müharibəyə aparan yol” kimi dəyərləndirib. Mərkəz gərginliyin sürətlə nəzarətdən çıxa biləcəyi xəbərdarlığını edib.

İsrail ilə İran arasında gərginliyi bəhanə edərək ABŞ əsgərlərinin Suriyadan çıxmasına etiraz edilən hesabatda bu ifadələrə yer verilib: “ABŞ Suriyadakı hərbi mövcudluğunu qoruyaraq yeni bir regional münaqişənin qarşısını ala bilər. Belə ki, ABŞ İranın hücumlarını və İŞİD-in yenidən ortaya çıxmasını əngəlləmək məqsədi güdür. Əks təqdirdə ABŞ bölgədən çıxarsa, Yaxın Şərq yeni bir savaş riski altına düşər”.

Qeyd edək ki, dünən İsrailin müdafiə naziri Aviqdor Liberman ölkəsinin İranın Suriyadan kənarda olan hədəflərinə hücum etməyə hazırlaşdığını bildirib: “Biz özümüzü yalnız Suriya torpaqları ilə məhdudlaşdırmırıq. Bu, açıq-aşkar bilinməlidir”.

İranın Suriyadan kənarda yerləşən hərbi məntəqələrinə zərbələr endirəcəklərini deyən Liberman, “biz mənbəyi hara olursa olsun, İranın bütün təhdidləri ilə mübarizə aparacağıq” — açıqlamasını verib, lakin İranın hansı ölkələrdəki hədəflərini vuracaqlarını açıqlamayıb.

Onu da xatırladaq ki, İsrailin baş naziri Benyamin Netanyahu cari il avqustun 30-da verdiyi açıqlamada Suriya və İrana aid mövqelərin hədəfdə olduğunu bəyan etmişdi.

 

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın