Cümə axşamı , Aprel 25 2024
azfa

ABŞ Konqresindən Xocalı ilə bağlı bəyanat

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Konqresində Texas ştatını təmsil edən respublikaçı üzv Pit Olson Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı bəyanatla çıxış edib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Axar.az-a verilən məlumata görə, bəyanatda 1992-ci iln 26 fevralında Xocalıda faciəvi şəkildə həyatını itimiş 600-dən çox Azərbaycanlının xatirəsi yad olunub. O dəhşətli gündə 613 Azərbaycanlının Ermənistan və MDB qüvvələri tərəfindən vəhşicəsinə qətlə yetirildiyi, günahsız qadın, uşaq və yaşlıların 22 saat ərzində qəddarcasına öldürüldüyü əks olunub.

Konqres üzvü 28 ildir bu dəhşətli acı ilə qovrulan və sağalmağa çalışan Azərbaycanın uğurlu bir dövlət olmaq üçün ciddi səylə işlədiyini qeyd edərək Azərbaycanın hazırda ABŞ-ın, eləcə də gərgin geosiyasi regionda yerləşən İsrailin etibarlı dostu və ticarət tərəfdaşı olduğunu vurğulayıb.

Sonda P.Olson dünyada yeri olmayan belə hücum və qəddarlığı pisləyərək ABŞ-ın belə anlarda müttəfiqləri və dostlarının yanında olmasının vacibliyini vurğulayıb və Xocalıda həyatını itirmiş Azərbaycanlı dostların xatirəsini bir daha ehtiramla anıb.‏

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın