ABŞ-la Türkiyə ticarət həcminin 100 milyard dollara çatdırmağa razılaşdılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezident Aparatı mətbuat Xidmətindən verilən məlumata görə, Türkiyə və Amerika Birləşmiş Ştatları ikitərəfli ticarət həcminin 100 milyard dollara çıxarılması üçün reallaşdırılan müzakirələrin yenidən başlanması üçün razılığa gəliblər.

  Türkiyə Prezident Aparatı Mətbuat Xidmətindən verilən məlumata görə, ölkə başçısı Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla telefonda danışaraq ikitərəfli məsələlər və regional prosesləri müzakirə edib. Söhbət zamanı Suriyada Bəşər Əsəd hökumətinin hücumlarının qəbuledilməz olduğu bildirilib, İdlibdə yaşanan böhranın tezliklə sona çatdırılması üçün fikir mübadiləsi aparılıb.

  Türkiyənin dəniz qonşusu Liviyanın yenidən barış və sabitliyə qovuşmasının əhəmiyyəti vurğulanan görüşdə iki ölkə başçısı ikitərəfli ticarət həcminin 100 milyard dollara çıxarılması üçün reallaşdırılan müzakirələrin də yenidən başlanması barədə razılığa gəliblər.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın