Cümə axşamı , Mart 28 2024
azfa

ABŞ Şərqi Türküstanda uyğur türklərinin soyqırımına görə Çinə sanksiya tətbiq edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Çinin Şərqi Türküstanda müsəlmanların haqlarının pozulmasına görə Pekinə sanksiyalar tətbiq edə bilər.

Bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Robert Palladino deyib.

“Biz bu pozuntularda günahkar olanların məsuliyyətə cəlb edilməsi fikrinə bağlıyıq. Biz sanksiyaların tətbiqini nəzərdən keçiririk”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə ABŞ illik hesabatında Çini müsəlman uyğurların haqlarını pozmaqda ittiham edib.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın