ABŞ terrorçu Sepah-la bağlı iki şəbəkəyə sanksiya tətbiq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ irqçi fars rejim və terrorçu Sepah-la bağlı olan iki şəbəkəyə sanksiya tətbiq edib.

Avqustun 28-də ABŞ Maliyyə Nazirliyi bu barədə bəyanat yayaraq iki şəbəkədən birinin, Hong Kongda qeydiyyatdan keçmiş Hamed Dehqan adlı şəxsin direktoru olduğu formal bir şirkətdən bəhs edir ki, həmin şirkət İrana qarşı sanksiyaları pozaraq, ABŞ texnologiyaları və elektron komponentlərinin təchizatını İran hökuməti və terrorçu Sepah-la əlaqəli şəxslər üçün asanlaşdırmışdır. ABŞ hökumətinin bəyanatına görə, sözügedən şirkət nüvə silahını inkişaf etdirmək üçün on milyonlarla dollar vəsaiti köçürməklə məşğul olub.

Sanksiyaya məruz qalmış digər bir şəbəkəyə isə Seyid Hüseyn Şəriət adlı şəxsin direktor olub. Həmin Şirkət rejimin Müdafiə Nazirliyinin nəzarəti və ya mülkiyyətində olan şirkətlər üçün “Atom Təchizatçıları Qrupu”nun nəzarəti altında alüminium ərintili məhsullar satın alıb.

Nüvə Təchizatçıları Qrupu, nüvə texnologiyası ilə əlaqəli məhsulların dünyaya ixracına nəzarət edən çoxmillətli bir qurumdur və bu ölkələrin həmin məhsulların və xidmətlərin ixracı üçün ortaq siyasətini müəyyəşnləşdirir.

ABŞ Maliyyə Nazirliyi bəyanatında həmçinin ABŞ-ın sanksiyasına məruz qalan yuxarıda qeyd edilən şəbəkələrlə əlaqəli daha bir neçə şəxsin və şirkətlərin adları da açıqlanıb.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın