Şənbə , Aprel 20 2024
azfa

ABŞ: Türkiyə ən sərt sanksiyalarla qarşılaşacaq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə S-400 zenit-raket kompleksini satın alma prosesini tamamlasa, ABŞ-ın sanksiyaları (CAATSA) altına düşə bilər.

Bu sözləri ABŞ Dövlət Departamentinin nümayəndəsi Morqan Ortaqus deyib.

“Biz Türkiyə ilə qarşılıqlı fəaliyyətdə olmaq istəyirik. Lakin bizim mövqeyimiz dəyişməz olaraq qalır: Türkiyə S-400-lə bağlı prosesi tamamlarsa, real və ciddi şəkildə mənfi nəticələrlə üzləşəcək. Buraya F-35 proqramının dayandırıılması, həmçinin sanksiyaların tətbiqi də daxildir”, – deyə ABŞ rəsmisi bildirib.

Qeyd edək ki, CAATSA qanunu 2017-ci ildə qəbul edilib. Rusiya, İran, Şimali Koreya və bu ölkələrlə hərbi-texniki əməkdaşlıq edən IV tərəfə qarşı sanksiya tətbiqini nəzərdə tutur.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın