ABŞ Türkiyənin “F-35” proqramı ilə bağlı hədələyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Türkiyə “F-35 Lightning II” döyüş təyyarələrinin istehsal proqramından çıxarsa, ciddi problemlərlə qarşılaşacağıq”. Bunu proqrama sədrlik edən ABŞ ordusunun admiralı Matyas Uinter deyib.

Konqresin Nümayəndələr Palatasında ABŞ-ın daxil olduğu proqramlarla bağlı brifinqdə çıxış edən admiralın sözlərinə görə, Türkiyə proqramdan çıxarılarsa, külli-miqdarda maddi kompensasiya ödməklə yanaşı, proqramın bitmə zamanında ciddi problemlər yaşanacaq: “Bu vəziyyətdə, iki il ərzində 50-75 arası daha az qırıcı istehsal edəcəyik. Bundan başqa, hər ildə 90 gün itirəcəyik”.

Admiral qeyd edib ki, Türkiyənin proqramdan çıxarılması kimi bir vəziyyət müzakirə mövzusu ola bilməz.

 

Həmçinin yoxlayın

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Molla rejimi Təbrizli gənc qızı ETTELAAT-a çağırdıqdan sonra o intiha edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, bir sıra insan haqları mənbələri keçmiş siyasi məhbus …

Bir cavab yazın