GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Türkiyəyə “F-35” döyüş təyyarələri üçün hissələrin tədarükünü dayandırıb.
Bu haqda “Röyters” agentliyi mənbəyə istinadən məlumat yayıb.
Qərara səbəb kimi Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksləri alması göstərilir.
Pentaqon Türkiyəyə F-35 üçün hissələrin tədarükünün dayandırılmasını təsdiq edib. Bildirilib ki, Türkiyə “S-400” zenit-raket sistemlərindən imtina etməyənə qədər “F-35” üçün hissələrin tədarükü və Türkiyəyə “F-35” ilə əlaqədar operativ potensialın verilməsi ilə bağlı fəaliyyət dayandırılıb.
Qurumdan əlavə ediblər ki, Türkiyə ilə bu istiqamətdə danışıqlar davam etdirilir.