Cümə axşamı , Mart 28 2024
azfa

ABŞ Xamneinin fondundakı milyardları terroruçulara yox ölkəsində koronavirusla mübarizəyə xərcləməyi təklif etdi-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ təklif edib ki, Xamnei fondundakı milyardlarla dolları terroruçuları maliyyələşdirmə yerinə ölkəsində koronavirusla mübarizəyə xərcləsin.

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin ABŞ-ı koronavirus səbəbindən bəzi sanksiyaları qaldırmağa çağırmasına münasibət bildirərək, edib ki, İran Əli Xamneyiyə məxsus vergidən azad fondlarda mövcud olan milyardlarla dollardan koronavirusla mübarizə aparmaq üçün ehtiyac duyduğu məbləği götürə bilər.

Ortaqus həmçinin İran hökumətini yalan və oğurluqdan əl çəkməyə çağırıb.

Qeyd edək ki, bir müddət öncə Zərif yazdığı “Twitter” statusunda koronavirusun yayılmasına rəğmən, sanksiyaları ləğv etmədiyinə görə ABŞ-ı “İqtisadi müharibə, iqtisadi və tibbi terrorizm”də ittiham etmişdi. Bundan sonra bir neçə iranlı rəsmidən Amerikadan mövcud vəziyyətdə sanksiyaları ləğv etməsini istəmişdilər.

Lakin rəsmi Vaşinqton dəfələrlə bəyan edib ki, sanksiyalar qida və tibbi ləvazimatlar və ümumiyyətlə humanitar sahələri əhatə etmir və İran ehtiyac duyduğu humanitar məhsulları digər ölkələrdən idxal edə bilər.

Digər tərəfdən, ABŞ bir neçə dəfə İrana koronavirusla mübarizə istiqamətində yardım təklif etmişdir. Xamnei isə inad edərək günahsız insanların ehtiyacı olan humanitar yardımı rədd etmişdir. Rəsmi İran açıq şəkildə elan etmişdir ki, ona yardım yox pul lazımdır. Təbii heç kimə sirr deyil ki, İran indiki vəziyyətdə İraq, Suriya, Livan, Yəmən və Liviyada saxladığı terrorçulara əmək haqqı ödəməkdə çətinlik çəkir. Fars-molla rejimini qətiyyən Çin koronavirusuna yoluxdurduqları əhalinin həyatı düşündürmür.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın