Şənbə , Aprel 20 2024
azfa

ABŞ Xamneyinin oğluna və rejimin başqa rəsmilərinə sanksiya tətbiq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Vaşinqton İran Silahlı Qüvvələrinin Baş Qərargahını, habelə Əli Xameneyinin oğlu Mujtaba Xameneyi və yüksək səviyyəli digər İran nümayəndələrinin də daxil olduğu ölkənin doqquz vətəndaşını qara siyahıya salmaqla Tehrana qarşı sanksiya siyahısını genişləndirib.

Bu barədə məlumat ABŞ Maliyyə Nazirliyinin saytında yayılıb.

Məhəmməd Baqiri, Hüseyn Dehqan, Məhəmməd Məhəmmədi Qolpayiqani, Qulaməli Həddad Adil, Vəhid Həqqanian, Mütəba Xamneyi, İbrahim Rəisi, Qulaməli Rəşid, Əliəkbər Vilayətinin adı həmin sanksiyalar siyahısına daxil edilib.

Xüsusilə siyahıda İran Silahlı Qüvvələrinin baş qərargah rəisi Məhəmməd Hüseyn Baqiri, eləcə də bir sıra generallar, ruhanilər və rəsmilər yer alıb.

Həmçinin yoxlayın

Terrorçu kürdlərin Sulduzda soyqırım törətmələrinin ildönümü ilə bağlı aksiya

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 20-də Urmiyada Sulduzda terrorçu kürdlərin törətdiyi soyqırımla …

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Bir cavab yazın