Şənbə , Aprel 20 2024
azfa

ABŞ zülmə məruz qalan uyğur türklərinə görə Çinə sanksiya tətbiq edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Senatı uyğur türklərinə qarşı zülm və təzyiq siyasəti ilə əlaqədar Çin məmurlarına sanksiyalar tətbiq edilməsi haqqında qətnamə layihəsini təsdiqləyib.

Qətnamə layihəsi Senata respublikaçı senator Marko Rubio tərəfindən təqdim edilib. Qətnamə yekdilliklə qəbul olunub.

Sənədin müəllifləri Dövlət Departamentindən Çində insan haqlarının pozulması barədə hesabat hazırlamağı da tələb ediblər.

Qeyd edək ki, Çin işğal etdiyi Şərqi Türküstanda uyğur türklərini bit millət kimi yox etmək məqsədilə bütün qeyri-insani üsullardan istifadə edir.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın