Aclıq aksiyasına başlayan Abbas Lisani zindanın qarantin bölməsinə köçürülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, rejimin Ərdəbil şəhərində zindana saldığı tanınnmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisani aclıq aksiyasına başladıqdan bir gün sonra rejim tərəfindən zindanın qarantin bölməsinə köçürülüb.

Məlumata görə, azərbaycanlı fəal mayın 27-də aclığa başlmış və mayın 28-də günortadan sonra zindanın qarantin bölməsinə köçürülüb.

Fəal, məhkəmə prosesində özünü müdafiə etmək üçün vəkili tərəfindən hazırlanıb zindana verilən dosyenin xülasəsi ona təhvil verilməməsinə etiraz olaraq aclıq aksiyasına başlayıb.

Qeyd edək ki, azərbaycanlı fəal dosyesini görmə imkanı verilmədiyi üçün 2019-cu il mayın 27-də aclıq aksiyasına başlayıb.

2019-cu il yanvarın 15-dən rejimin Ərdəbil şəhərində yerləşən zindanında həbsdə saxlanılan fəal 2019-cu il mayın 25-də yaxınları ilə qısa telefon əlaqəsində aclıq aksiyasına başlamaq məcburiyyətində olduğunu bildirmişdi. O  qeyd etmişdi ki, gözlənilən məhkəmədə özünü müdafiə etməyə hazırlıq məqsədi ilə vəkili tərəfindən hazırlanıb, zindana təhvil verilən dosyenin xülasəsi ona təqdim olunmayacağı təqdirdə 48 saat sonra, yəni mayın 27-də aclıq aksiyasına başlayacaq.

Tanınmış azərbaycanlı fəal Abbas Lisani 2019-cu il yanvarın 15-də rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsində keçirilən məhkəmə iclasına qatıldıqdan sonra rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq rejimin Ərdəbildə yerləşən ETTELAAT İdarəsinin təcrixanasına, oradan isə bu şəhərdə rejimin zindanına köçürülmüşdü.

Rejim qanunusz və qeyri-müəyyən həbslə azərbaycanlı fəalla qarşı saxta dosye hazırlayıb, onu ağır cəzalarla cəzalandırmaq istəyir.

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın