Cümə axşamı , Aprel 25 2024
azfa

Aclıq aksiyasında olan Əmir Səttari Rəuf Kərəcin Rəcayişəhr zindanına köçürüldü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, aclıq aksiyasında olan azərbaycanlı milli-mədəni fəal Əmir Səttari Rəuf quru aclıq aksiyasına başladıqdan sonra Təbrizdə zindandan Kərəcin Rəcayişəhr zindanına köçürülüb.

Azərbaycanlı fəal iyunun 19-da, aclıq aksiyasının 10-cu günündə ETTELAAT İdarəsinin qərarı ilə Rəcayişəhr zindanına köçürülüb.

Qeyd edək ki, Əmir Səttari rejimin Təbrizdə yerləşən zindanında başlatdığı aclıq aksiyasının 8-ci günündə quru aclıq aksiyasına keçmişdi.

Məsələdən xəbər tutan fəalın ailəsi Əmir Səttarinin vəziyyəti ilə bağlı prokurorluq və zindana müraciət ediblər. Onlar artıq fəalın quru aclıq aksiyasına keçməsi ilə bağlı xəbəri təsdiq ediblər.

Keçən həftənin əvvəlində aclıq aksiyasına başlayan fəalın sağlıq durumunun ağır olduğu söylənilir. Azərbaycanlı fəala qarşı yeni saxta ittihamla işin açılması və dosyesindəki iradlar, eləcə də müdaxilələrə görə, o aclıq aksiyasına başlayıb. Fəalın 7 aylıq həbs cəzası başa çatsa da, o azadlığa buraxılmır. Rejimin Məhkəməsinin yeni sifarişli hökmünə əsasən, onun 7 aylıq həbs cəzası 5 illik həbs qərarı ilə əvəzlənib.

Azərbaycanlı fəal aclıq aksiyasının 3-cü günündə bir səs faylı yayaraq  rejimin təhlükəsizlik orqanlarının onun dosyesinə müdaxilə etmələrinə etiraz olaraq aclıq aksiyasına başladığını bildirmişdi. O rejimin təhlükəsizlik orqanlarının dosyesinə müdaxiləsini sübut edən sənədlərə malik olduğunu bildirmişdi. Fəal həmin sənədləri yaxın gələcəkdə insan hüquqları müdafiəçiləri, mədəni fəallar və bütün əhalinin diqqətinə çatdıracağını bəyan etmişdi.

Təbriz sakini olan Əmir Səttari universitetdə humanitar elmlər  sahəsində təhsil alır. O 2018-ci il iyulun 10-da 7 aylıq həbs cəzasını çəkmək üçün rejimin Təbrizdəki Mərkəzi Zindanına salınıb.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın