Aclıq aksiyasının 16-cı günündə Abbas Lisani ilə görüşə qadağa qoyuldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, aclıq aksiyasının 16-cı günündə Ərdəbildə rejimin zindanında həbsdə olan tanınmış azərbaycanlı fəal Abbas Lisani ilə görüşə qadağa qoyulub.

Bildirilib ki, fəal aclıq aksiyasını dayandırmayana qədər onunla ailəsi arasında heç bir görüşə icazə verilməyəcək.

Lisani ailəsi iyunun 11-də, fəalın aclıq aksiyasının 16-cı günündə zindana müraciət etdikləri zaman onlarla görüşə icazə verilməyib. Zindan məsulları aclıq aksiyası keçirilən müddətdə vəziyyətin dəyişməyəcəyini dəfələrlə vurğulayıb.

Qeyd edək ki, Abbas Lisani iyunun 10-da Ərdəbilin İnqilab Məhkəməsinin 1-ci şöbəsində mühakimə olunub.

2019-cu il iyunun 10-da tanınmış azərbaycanlı fəal Abbas Lisani aclıq aksiyasının 15-ci günündə rejimin Ərdəbildə yerləşən İnqilab Məhkəməsində mühakimə olunub.

Azərbaycanlı fəal aclıq aksiyasının 15-ci günündə onlarla polis və mülki geyimli ETTELAAT İdarəsi məmurlarının əhatəsində əllləri-ayaqları qandallı şəkildə məhkəməyə aparılıb. Hakim Xudadadinin sərdrliyi ilə keçirilən məhkəmə iclasında fəalın vəkili Fəqihi də iştirak edib. Məhkəmə iclası 4 saatdan çox davam edib.

Məlumata görə, fəalın səhhəti bundan əvvəlki aclıq aksiyaları və budəfəki aclığa görə ağır vəziyyətdədir. O təxminən 20-25 kq arası çəki itirib.

Abbas Lisani məhkəmə tərəfindən irəli sürülən bütün ittihamları rədd edərək bu prosesi Azərbaycanda gedən milli-mədəni hərəkatı radikal göstərməyə yönəlmiş bir ssenarinin davamı olduğunu bildirib.

Azərbaycanlı fəal mayın 27-də aclığa başlmış və mayın 28-də günortadan sonra zindanın qarantin bölməsinə köçürülmüşdü.

Azərbaycanlı fəal, məhkəmə prosesində özünü müdafiə etmək üçün vəkili tərəfindən hazırlanıb zindana verilən dosyenin xülasəsi ona təhvil verilməməsinə etiraz olaraq aclıq aksiyasına başlamışdı.

Tanınmış azərbaycanlı fəal Abbas Lisani 2019-cu il yanvarın 15-də rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsində keçirilən məhkəmə iclasına qatıldıqdan sonra rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq rejimin Ərdəbildə yerləşən ETTELAAT İdarəsinin təcrixanasına, oradan isə bu şəhərdə rejimin zindanına köçürülmüşdü.

Rejim qanunusz və qeyri-müəyyən həbslə azərbaycanlı fəalla qarşı saxta dosye hazırlayıb, onu ağır cəzalarla cəzalandırmaq istəyir.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın