Cümə , Dekabr 13 2019
azfa

“Adidas” şirkəti Güney Azərbaycanın “Traxtur” klubunun sponsoru oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, məşhur idman brendi “Adidas” şirkəti Güney Azərbaycanın “Traxtur” futbol komandasının sponsoru olub.

Bununla bağlı avqustun 13-də Təbrizin Purşərifi zalında keçirilən tədbirdə “Traxtur” klubu komandanın yeni köynəyi, loqosu və oyunçuların nömrəsini təqdim edib.

Keçirilən mərasimdə təxminən 10 min “Traxtur” tərəfdarı həmçinin klubun sahibi Məhəmmədrza Zenuzi və atası, baş məşqçisi Mustafa Dənizli və klubun digər məsulları da qatılıb.

 “Traxtur”un növbəti super liqa yarışlarındakı köynəyi 5 oyunçu – Məsud Şocayi, Əşkan Dejaqe, Ehsan Hacısəfi, Rza Əsədi və Məhəmmədrza Azadi tərəfindən təqdim olunub. Sonra isə komanda oyunçuları “Adidas” şirkəti tərəfindən hazırlanan köynəklə “Traxtur” tərəfdarlarının qarşısına çıxıblar. Komanda tərəfdarları bu cəhətdən klub sahibinə öz təşəkkürlərini bildiriblər.

Həmçinin yoxlayın

Azərbaycanlı yazıçı Tehranda qazandığı mükafatdan etirazlarda qətliamlara görə imtina etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycandan olan yazıçı Rüqəyyə Kəbiri 36-cı Beynəlxalq …

ABŞ qondarma “erməni soyqırımı”nı Türkiyəyə qarşı təzyiq vasitəsinə çevirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ heç bir mötəbər dəlil və sübuta əsaslanmayan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir