AFİ başqanı və GADTB başqan müavini sayın Eldar Qaradağlıdan son hadisələrlə bağlı bildiriş

GADTB: BÜTÜN milli fəal və soydaşların diqqətinə!

Azərbaycanın Ermənistan üzrə dövlət və ordu qələbəsinin ardından əziz Qarabağın qurtuluşunu həzm edə bilməyən düşmən birlikləri çeşidli yollarla milli fəallarımıza saldırmağa çalışırlar. İsveçin başqa- başqa yerlərindən mənə gələn bilgilərə görə, aşırı Erməni Lobbisi ilə birlikdə PKK çətələri orqanik şəkildə media, internet və başqa imkanlardan istifadə edərək üzərimizə gəlməyə  çalışırlar. İsveç Azərbaycan Federasiyonu İH, Dərnəklər, milli təşkilatlar və tanınmış milli fəallar aqresivləşmiş cahil çətələrin hədəfindədir. Sözsüz ki,  bu qorxan terror yanlılarının Türklərin qarşısına çıxma cəsarəti yoxdur. Ancaq, bildiyiniz kimi uzaqdan vurub qaçmaq, şantaj yapmaq, iş yerində, toplum içində satın almış işbirlikçilər ilə zərər yetirmək bunların ən çox bildikləri uzmanlıqlarıdır. Bu üzdən, Sizlərdən xahiş olunur ki, bu həssas günlərdə ehtiyatlı olasınız.

Yeri gəlmişkən böyük milli zəfərimizlə bağlı bir daha sizləri təbrik edir, dövlət və ordunuza bütövlük sarsılmaz ehtişam diləyirəm.

Dərin sevgilərimlə AFİ başqanı Eldar Qaradağlı

2020-11-17

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın