Çərşənbə , Aprel 24 2024
azfa

Ağ Ev irqçi fars rejimin rəsmilərinin birbaşa Trampa zəng etmələri üçün nömrə verib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ prezidenti Donald Trampın irqçi fars rejimin rəsmilərinə “mənə zəng edin” çağırışından sonra Ağ Ev rəsmiləri birbaşa Trampa zəng etmələri üçün iki ölkə arasında danışıqlara vasitəçilik edən İsveçrəli rəsmilərə nömrə verib. Bu barədə CNN telekanalına diplomatlar məlumat verib.

Fars rejimi rəsmilərinin Ağ Evin bu gözlənilməz addımına qarşı heç bir reaksiya verməyəcəyi ehtimal edilir. İran tərəfi xüsusi olaraq tələb etmədiyi müddətdə İsveçrəli nümayəndələr nömrəni bu ölkə rəsmilərinə verməyəcək.

Qeyd edək ki, prezident Donald Tramp Ağ Evdə verdiyi açıqlamada İrana nüvə silahı ilə bağlı proqrama son qoymaq çağırışı etmişdi. İki ölkə arasındakı gərginliyi nəzərə alaraq hərbi addımlar atmağın mümkünlüyü mesajını vermişdi.

Nüvə müqaviləsindən çəkiləndən sonra İran iqtisadiyyatında problemlər yarandığına diqqət çəkən Tramp ölkə rəsmilərini razılığa dəvət edib:

“Mənə zəng etsinlər, oturub danışaq və ədalətli bir razılığa gələk. İranın nüvə silahına sahib olmasını istəmirik. İstədiyimiz çox şey deyil. İrana zərər vermək fikrində deyilik”.

Həmçinin yoxlayın

İran mediası Azərbaycana qarşı təbliğatı davam etdirir

GADTB: Tinn.ir saytı “Müqəddəs Sarkis kilsəsindən Zəngəzur dəhlizinə fərqli və şok edici etiraz” adlı  qərəzli …

Molla rejimi Təbrizin Səhənd stadionuna qadınların girişinə qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Təbrizin Səhənd stadionuna qadınların  girişinə …

Bir cavab yazın