Cümə , Aprel 19 2024
azfa

Almaniyada İmaddədin Nəsiminin 650 illiyi ilə bağlı tədbir keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan dünyanın ən nüfuzlu kitab sərgisi olan 71-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində milli stendlə iştirakını davam etdirir.

Azərbaycanın zəngin mədəniyyətinin, sürətli inkişafının və eyni zamanda Qarabağ həqiqətlərinin təbliğ olunduğu milli stenddə gün ərzində Şərq-Qərb nəşriyyatı ilə Türkiyə, İngiltərə, Macarıstan, Qazaxıstan, Ukrayna, Çin və digər dövlətlərin bir çox nəşriyyat və kitab işi ilə məşğul olan şirkətləri arasında çoxsaylı işgüzar görüşlər keçirilir.

17 oktyabr 2019-cu il tarixində sərgi çərçivəsində Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycanın Respublikasının Almaniyadakı Səfirliyi və Avropa Mədəniyyətlərarası Əməkdaşlıq Forumunun birgə təşkilatçılığı ilə milli pavilyonda “Məndə sığar iki cahan-mən bu cahana sığmazam” adlı ədəbi-bədii tədbir baş tutub.

Tədbirin aparıcısı – Avropa Mədəniyyətlərarası Əməkdaşlıq Formunun sədri, Alman-Azərbaycan Formunun Mədəniyyət şöbəsinin rəhbəri Samirə Patzer-İsmailova qonaqları salamladıqdan sonra çıxış üçün sözü Azərbaycan Respublikasının Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevə verdi. Vaqif Əliyev öz çıxışında Nəsimi şəxsiyyətinin, yaradıcılığının ölkənin daxilində və xaricində təbliğinin vacibliyindən, “Nəsimi ili” çərçivəsində keçirilən çoxsaylı tədbirlərdən bəhs etdi.

Ardınca Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Alman-Azərbaycan Forumunun sədr müavini Helqa Daub, Berlin Humbold Universitetinin Azərbaycan tarixi kafedrasının rəhbəri professor Eva Maria Aux, Almaniyada Nəsimi yaradıcılığının tədqiqatçısı Dr. Mixael Hess, alman şairi Raynxard Moritsen, Alman – Azərbaycan Ziyalılar Birliyinin sədri Dr. Naibə Şirinova və yazıçı Orxan Aras çıxış etdilər.

Tədbirin sonunda İmaddədin Nəsimi ilə bağlı cari ildə nəşr olunan kitablar qonaqlara təqdim edildi.

Qeyd edək ki, 71-ci Frankfurt Beynəlxalq Kitab Sərgisi oktyabrın 20-dək davam edəcək.

Həmçinin yoxlayın

Rafael Qrossi İranın nüvə silahı yaratmağa çox yaxınlaşdığını deyir

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi dünən Vyanada Almaniyanın ARD dövlət televiziyasına …

Molla rejimin həbs etdiyi tanınmış azərbaycanlı fəal Pərviz Siyabini məzuniyyətə göndərib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi Güney Azərbaycan Milli …

Bir cavab yazın