Cümə axşamı , Aprel 25 2024
azfa

AMEA-nın əməkdaşı Gürcüstanda Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın xarici siyasətini gündəmə gətirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı 1-5 iyul tarixlərində Tiflisdə Avropa-Gürcüstan İnstitutu tərəfindən keçirilmiş “Regionlararası əməkdaşlıq, korrupsiyaya qarşı mübarizə, şəffaflıq və müasir texnologiya sahəsində Gürcüstanın təcrübəsi” adlı Liderliyin İnkişafı Proqramı çərçivəsində beynəlxalq tədbirdə iştirak edib.

Moderator.az xəbər verir ki, bu tədbirdə Azərbaycan, Rusiya, Ukrayna, Belarus və Gürcüstandan olan tədqiqatçılar iştitak ediblər.

Proqram çərçivəsində iştirakçılar Parlamentin deputatları ilə görüşüb, Gürcüstanın siyasi və ictimai təşkilatları, QHT-ləri, Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondu,  Müstəqil Universitet, Beynəlxalq Qara Dəniz Universiteti, Tiflis Dövlət Universiteti, Texnopark, Tiflis Media Mərkəzi Birliyi, eləcə də Gürcüstanın tarixi yerləri, mədəniyyət mərkəzlərində olub, seminar və müzakirələrdə iştirak ediblər. Seminarlarda ölkənin daxili və xarici siyasəti, Gürcüstanda ictimai-siyasi vəziyyət, Avropaya inteqrasiya, NATO ilə əməkdaşlıq, Rusiya-Gürcüstan münasibətləri, regional əməkdaşlıq məsələləri, münaqişələr, iştirakçı ölkələr arasında elmi, siyasi, ictimai əlaqələr və inteqrasiya məsələləri müzakirə olunub.

Müzakirə, seminar və görüşlərdə tarix üzrə fəlsəfə doktoru S.Talıblı Azərbaycanın xarici siyasəti, ölkəmizdə aparılan islahatlar, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın regional təhlükəsizlik siyasətində rolu, Avropa Birliyi və NATO ilə əməkdaşlığı, Azərbaycanda siyasi institutlar, elmi tədqiqat mərkəzləri və s. məsələlər haqqında çıxış edib.

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Bir cavab yazın