Çərşənbə , Aprel 24 2024
azfa

Amerika molla rejiminə qarşı silah embarqosunun uzadılması məqsədilə qətnamə layihəsini bəzi ölkələrə verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Amerikanın Birləşmiş Millətlər Təşkilatı yanındakı səfiri Kelli Kraft bildirib ki, bu ölkənin İrana qarşı silah embarqosunun müddətinin uzadılması üçün hazırladığı qətnamə layihəsini Rusiya, Fransa, Böyük Britaniya və Almaniyaya təqdim edib.

Rusiyanın isə İrana qarşı silah embarqosunun müddətinin uzadılmasına qarşı çıxdığı bildirilir. Rusiyanın bəzi silah şirkətləri də İrana hərbi təchizatlar sata bilmək üçün bu embarqonun sona çatmasını gözləyirlər.

Biz çox yaxınlarda qətnamə layihəsini müddəalarla tanış olmaq üçün Təhlükəsizlik Şurasının 15 üzvünün hər birinə verəcəyik. Bu işi çox dəqiq və kamil surətdə həyata keçirmək üçün əlimizdən gələni edirik. Rusiya və Çin İranın davranışları xüsusunda mövcud olan beynəlxalq konsensusa qoşulmalıdır, – deyə səfir əlavə edib.

Kelli Kraft həmçinin qeyd edib ki, İrana qarşı silah embarqosunun davam edəcəyinə əmin olmaq üçün ABŞ mümkün bütün seçimləri sınayacaq.

Qeyd edək ki, İrana qarşı silah embarqosu cari ilin oktyabr ayının 18-də sona çatır.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın