Cümə axşamı , Aprel 25 2024
azfa

“Amnesty İnternational” irqçi fars rejimin fəallara ağır həbs cəzalarını pisləyib

 GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Amnesty İnternational” irqçi fars rejimin fəallara, xüsusilə işçi fəallara ağır cəzaları pisləyib.

Qurum işçi fəallar və jurnalistlərə qarşı çıxarılan uzun müddətli həbs qərarlarının dərhal və qeyd-şərtsiz ləğv edilməsini istəyib.

“Amnesty İnternational”ın Yaxın Şərq və Şimali Afrika üzrə məsulu Flip Luter bildirib ki, bu ədalətsiz hökmlər İranın məhkəmə sisteminin zülmünü təsdiqləyən növbəti haldır və bu ölkə rəsmilərinin jurnalist və fəhlələrin hüquqlarına etinasızlığını bir daha nümayiş etdirir.

Qeyd edək ki, sentyabrın 8-də keçirilmiş məhkəmə iclasında “Həft Təpə” Şəkər Qamışı Zavodunun işçilərinin etiraz aksiyaları zamanı həbs edilən işçilər və jurnalistlərə qarşı uzun müddətli həbs hökmləri çıxarılıb.

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Bir cavab yazın