Ana dilinə görə rejimin yaxaladığı Tövhid Əmir Əmini və Kiyanuş Aslaninin həbsindən bir il keçir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin keçən il Beynəlxalq Ana Dili Günü münasibəti ilə təbrik posterləri paylayan azərbaycanlı milli-mədəni fəalların yaxalanmasından bir il keçir.

Qeyd edək ki, Tövhid Əmir Əmini və Kiyanuş Aslani 2019-cu il fevralın 20-də Tehranda Beynəlxalq Ana Dili Günündə poster payladıqları üçün yaxalanıb.

Azərbaycanlı fəallar Tehranda rejimin İnqilab Məhkəməsinin 26-cı şöbəsində şərlənərək “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma” və “Sistemin əleyhinə təbliğat aparmaq”da ittiham edilərək mühakimə edilmişlər.

Tövhid Əmir Əmini birinci ittihama görə 7.5 il, ikinci ittihama görə isə 18 ay həbs cəzasına məhkum edilib. İkinci ittihamdan bəraət qazanan Kiyanuş Aslani isə birinci ittihama görə 5 il azadlıqdan məhrum edilib.

Bundan əlavə, Kiyanuş Aslani 2 il müddətinə bütün qruplara üzv olmaq hüququndan məhrum edilib.

Rejimin Tehrandakı Apellyasiya Məhkəməsinin 36-cı şöbəsi Tövhid Əmir Əminiyə isə “Sistemin əleyhinə təbliğat aparmaq” ittihamından bəraət verib. Lakin digər ittihamı ilə bağlı çıxarılan həbs qərarını olduğu kimi qüvvədə saxlayıb.

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın