GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, məscidləri tövləyə çevirən erməniləri himayə edən antiislam və ermənipərəst Xamenei rejimi Şuşanın və Qarabağın erməni işğalından azad edilməsinə sevinən azərbaycanlı yeniyetmələri yaxalayab.
Dünən gecə İran rejiminin göstərişi ilə İctimai İaşə Obyektlərinə Nəzarət İdarəsinin əməkdaşları Tikantəpə (Tekab) əhalisinin Qarabağın azadlığı münasibətilə keçirdiyi bayram mərasiminə hücum çəkib, 3 yeniyetməni – 16 yaşlı Əmirrza Muradi Pəhləvan, 16 yaşlı Hüseyn Sədri və 15 yaşlı Əli sədrini həbs edib.
Ermənipərəst rejimin təhlükəsizlik qüvvələri, həmçinin bu mərasimdə Məcid Zahidpur, Saib Nəhavəndi Tikantəpə və Abdulla Qulamini də yaxalayıb.
Yaxalanan fəalların hamısı Tikantəpənin İctimai İaşə Obyektlərinə Nəzarət İdarəsinə aparılıb və orada bir neçə saat sorğu-sual və təhdidlərdən sonra buraxılıblar. İdarə əməkdaşları saxlanılanları təhdid edərək bildiriblər ki, əgər onların Qarabağın azadlığı ilə bağlı keçirdikləri mərasimdən sosial şəbəkələrdə videolar yayılsa, yenidən hamısını həbs edəcəklər.
Qeyd edək ki, İran rejimi Qarabağ və Şuşanın azad edilməsinə sevinən və qurban kəsən hər bir azərbaycanlını həbs edir.