Şənbə , Dekabr 15 2018
azfa

Antitürk Qərbi Azərbaycan valisi 200 min azərbaycan türkünü soyqırımını dəyərsiz məsələ adlandırdı

 

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi və işğalçı fars rejim tərəfindən Qərbi Azərbaycana vali təyin edilən kürd vali Məhəmməd Mehdi Şəhriyari 200 min azərbaycanlının ruhuna hörmətsizlik edərək, Güney Azərbaycanın qərb bölgəsində erməni, aysor və kürdlərin törətdiyi soyqırımı dəyərsiz adlandırıb.  

Bu Antiazərbaycan vali Azərbaycan tarixini təhrif edərək, Azərbaycan həqiqətləri. O cümlədən azərbaycanlılara qarşı soyqırımdan danışmağı dəyərsiz iş adlandırıb və yalandan iddia edib ki, bu məsələnin gündəmə gətirilməsi Qərbi Azərbaycanın inkişafına mane olacaq.

Vaxtaşırı radikal kürd cərəyanına dəstək nümayiş etdirən kürd vali bu barədə Tehranda təhsil alan Qərbi Azərbaycan öyrəncilərinin yığıncağında çıxış edib. “Öyrənci Günü” münasibəti ilə keçirilən tədbirdə çox sayda azərbaycanlı öyrənci iştirak edib.

“Bəziləri hadisədən 100-150 il keçdikdən sonra bu məntəqədə müharibə baş verdiyini və 100 min nəfərin öldüyünü iddia edir. Onlar qəribə rəqəmlərdən də söz açır. Tutaq ki, bu rəqəmlər doğrudur. Siz ikinci dünya müharibəsindən sonrakı Almaniyanı düşünün. Almaniya dünyanın ən faşist və irqçi ölkəsi idi. Bu ölkə dünyanı böyük müharibəyə sürüklədi. Həmin müharibədə 40 milyondan çox insan həlak oldu, Almaniya isə yerlə yeksan edildi. Lakin müharibədən 20 il sonra Almaniya iqtisadi baxımdan dünyanın üçüncü ölkəsinə çevrildi. Sizcə indi Almaniyada kimsə o müharibəyə işarə edir? Ümumiyyətlə belə şey yoxdur. Həqiqət odur ki, onlar belə şeyləri unudub, ona görə də bügünkü vəziyyətə gəlib çatdılar. Belə olan halda, biz yenə də belə məsələləri yada salıb gələcək nəsillərə bir təhlükə kimi təqdim edəcəyik! Yenə də deyəcəyik ki, bu qövm belə, o biri isə elə etdi, ermənilər filan iş gördü və …! Bu işlər inkişafın qarşısını alır”- deyə vali sözlərinin bir hissəsində qeyd edib.

Qeyd edək ki, 1918-ci ildə Güney Azərbaycanda erməni-aysor və kürdlər vasitəsilə 200 min azərbaycanlı soyqırıma məruz qalıb. Azntiazərbaycan kürd vali isə Azərbaycan həqiqətlərini təhrif etməyə çalışır.

Həmçinin yoxlayın

Urmiya və Təbrizdə Güney Azərbaycan siyasi məhbuslarına azadlıq tələbi-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəallar tərəfindən Güney Azərbaycanın Urmiya və Təbriz …

Türkiyə gəmi əleyhinə raket istehsalına başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə özünün ilk gəmi əleyhinə raketinin istehsalına başlayacaq. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir