Cümə , Aprel 19 2024
azfa

ASALA terror təşkilatı Azərbaycana qarşı Qarabağda ön cəbhədə döyüşür

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ASALA erməni terror təşkilatı, onun rəhbərləri, eləcə də Suriyadan olan erməni mənşəli muzdlular işğal olunmuş Dağlıq Qarabağda ön cəbhədə döyüşür.

Bu məsələ “Jewish Press”in araşdırması nəticəsində məlum olub.

Qeyd olunub ki, bölgədən əldə olunan fotogörüntülərdə hətta Liviyadan olan döyüşçülər yer alıb.

Araşdırma nəticəsində məlum olub ki, yenidən bərpa olunmuş ASALA ilə suriyalı, livanlı və liviyalı silahlıların birləşməsi ilkin olaraq erməni terror təşkilatının rəhbərliyi ilə razılaşdırılır.

Bildirilir ki, bir neçə il əvvəl ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi erməni terrorçuluğu ilə bağlı məxfi hesabatlardan birini ictimailəşdirmişdi. Bu hesabatda ASALA-ya qoşulmuş qruplaşmaların fəaliyyəti, eləcə də onların törətdiyi terror aktları izlənirdi:

“Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu (ASALA) ABŞ-ın bir sıra siyası maraqlarına təhdiddir. ASALA-nın bir çox hücumları türklərə qarşı reallaşdırılsa da, Qərbi Avropa və ABŞ-da da bəzi obyektlər hədəf olub. Bundan başqa, Liviya və Suriya ilə təmasların aktivləşməsi marksistyönümlü ASALA-nın anti-Amerika təsirini daha da gücləndirə bilər”.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi tanınmış azərbaycanlı fəal Pərviz Siyabini məzuniyyətə göndərib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi Güney Azərbaycan Milli …

İsrail İranda bir sıra hədəfləri vurub

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, İsrail İsfahanda İranın nüvə proqramı ilə əlaqəli obyektlərdən, …

Bir cavab yazın