Astraliyada Türk diplomatların qatili olan ermənilər axtarışa verildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliyada 17 dekabr 1980-ci ildə Türkiyənin Sidneydəki Baş konsulu Şarık Arıyak və təhlükəsizlik attaşesi Engin Sevəri şəhid edən iki qətl şübhəlisinin robot rəsmləri yayımlanıb.

Avstraliya diplomatlar Arıyak və Sevərin öldürülməsi ilə bağlı işi yenidən qaldırdıqdan sonra hadisə şahidlərinin ifadələri əsasında robot rəsmləri hazırlanıb.

Qətldə şübhəli bilinən terrorçular kompüter vasitəsilə yaşlandırılıb və 60 yaşlarındakı təxmini görüntü əldə olunub.

Hüquq-mühafizə orqanları sözügedən şəxsləri görənlər və ya tanıyanların polisə müraciət etməsini istəyib.

Qeyd edək ki, Türkiyənin Sidneydəki Baş konsulu Şarık Arıyak 17 dekabr 1980-ci ildə səhər saatlarında işə getmək üçün attaşe Engin Sevərlə birlikdə Baş konsulluğa məxsus iqamətgahdan çıxarkən həyat yoldaşı və qızının gözləri qarşısında iki erməni terrorçu tərəfindən qətlə yetirilib.

Avstraliyanın erməni terroristin tutulması qərarını qəbul etməsində Avstraliya Azərbaycan Assosasiyası və GADTB-nın Beynəlxalq Əlaqələr Departamentinin də fəaliyyətilərinin təsiri danılmazdır və erməni terroristin tapılıb cəzalandırılmasınadək çalışmalar davam edəcək.  

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın