Cümə axşamı , Aprel 25 2024
azfa

“Avia.Pro.”: “Azərbaycan PUA-sı Ermənistanın İsgəndər raketini məhv etdi”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin kamikadze-dronu Ermənistan Silahlı Qüvvələrinin “İsgəndər” əməliyyat-taktiki raket sistemini məhv edib.

Bu barədə “Avia.Pro.” məlumat yayıb.

Bu gün Ermənistanın silahlanmasında olan ən azı bir “İsgəndər” əməliyyat-taktiki raket sistemi Azərbaycanın kamikadze-dronu tərəfindən məhv edilib.

Azərbaycan mətbuatının məlumatına görə, söhbət ən azı üç raket kompleksinin yerləşdirildiyi bütöv bir bölgənin məhv edilməsindən gedir, bunların arasında pilotsuz təyyarədən çəkilmiş fotoşəkilə əsasən bir “Toçka-U” və iki “İsgəndər” kompleksi var.

Ermənistan Silahlı Qüvvələrinin taktiki raket sistemlərinin Kəlbəcər rayonu ərazisində yerləşdirildiyi və onlardan ən azı birinin birbaşa olaraq istifadədən dərhal əvvəl məhv edildiyi qeyd olunur.

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Bir cavab yazın