Cümə axşamı , Aprel 18 2024
azfa

Avropa Birliyi irqçi fars rejimin kəşfiyyatına qarşı sanksiya tətbiqinə başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avropa Birliyi İran adlanan ölkənin kəşfiyyat xidmətinə qarşı sanksiyaları qanuniləşdirməyə razılıq verib.

Bu barədə öz Tvitter səhifəsində Danimarka Xarici İşlər naziri Anders Samuelsen məlumat paylaşıb.

“Avropa xarici siyasəti üçün vacib gündür. AB bu gün İran kəşfiyyat xidmətinə qarşı Avropa ərazisində cinayət məqsədilə sui-qəsd təşkil etdiyinə görə sanksiyaları qanuniləşdirməyə razılıq verib. Bu, Avropada belə davranışa izn verilməyəcəyi ilə bağlı güclü siqnaldır”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Danimarka Tehrandan səfirini geri çağırıb. Buna səbəb İran kəşfiyyatının Danimarkada qanunsuz və terror fəaliyyəti olub.

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …

Bir cavab yazın