Avropalı diplomat NATO-nun Türkiyədən qorxub, geri çəkildiyini deyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə-Fransa arasında yaşanan gərginlik zaman NATO hərbi-strateji mövqeyi səbəbindən Türkiyə ilə açıq qarşıdurmaya getmək istəməyib.

Bu sözləri adı açıqlanmayan avropalı diplomat “Röyter”ə deyib.

O bildirib ki, Fransa-Türkiyə gərginliyi ilə bağlı NATO-nun hesabatı hazırdır, lakin “həssas” olması səbəbindən ictimaiyyətə açıqlanmayacaq:

“Türkiyənin strateji mövqeyi səbəbindən alyans Ankara ilə üz-üzə gəlmək istəməyib”.

Qeyd edək ki, rəsmi Paris Türkiyənin BMT-nin Liviya ilə bağlı tətbiq etdiyi embarqonu pozduğunu iddia etmiş və alyansa rəsmi şəkildə şikayət ünvanlamışdı. Rəsmi Ankara bu iddiaları rədd etmişdi.

Bu məsələdən sonra Fransa-Türkiyə arasında rəsmi səviyyələrdə qarşılıqlı ittihamlar səsləndirilməkdədir.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın