Avstralia Azerbaycan Assosiyası və GADTB Sidneydə Azərbaycana dəstək aksiyası keçirdi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyul ayının 23-də Avstraliyanın Sidney şəhərində Avstralia Azerbaycan Asosiyası və Guney Azerbaycan Demokratik Türk Birliyinin (GADTB) təşkilatçılığı ilə Azərbaycana dəstək aksiyası keçirilib və işğalçı Ermənistanın Azərbaycana hərbi təcavüzü pisləndi.

Avstralia Azerbaycan Assosiyası Prezidenti və GADTB Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl Oyta bu barədə məlumat verib.

Məlumata görə, aksiya Sidneydə Yeni Cənubi Uelz əyalətinin parlamentinin qarşısında keçirilib. Koronavirus təhlükəsinə görə aksiyada dövlət tərəfindən maksimum 20 nəfərin iştirakına icazə verilib.

Aksiya iştirakçıları Azərbaycan, Türkiyə və Avstraliya bayraqları, eləcə də Azərbaycan şəhidlərinin şəkli əks olunmuş plakardlar qaldırıb, “Qarabağ bizimdir bizim olacaq və s. şüarlar səsləndiriblər.

Aksiyadan video və şəkillərə baxa bilərsiniz:

Avstraliyada Azərbaycana dəstək aksiyası keçirilib

Publicerat av Ali Huseyn Torsdag 23 juli 2020

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın