Cümə axşamı , Aprel 25 2024
azfa

Avstraliya Azərbaycanlıları Birliyi prezidenti və GADTB Beynəlxalq Əlaqələri Departamenti sədri sayın Mikayıl Oytanın 31 Dekabrla bağlı təbrik mesajı

GADTB: Hörmetli soydaşlarımız, vətəndaşlarımız, Azərbaycanın 55 milyonluq şərəfli böyük milləti!

Avstraliyada yaşayan Azərbaycanlıların tərəfindən 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə dünyanın dört güşəsində yaşayan azərbaycanlılara özəlliklə Quzeydə və Güney Azerbaycanda türk millətimizi səmimi qəlbdən bu birlik və həmrəylik günü münasibətilə təbrik edirik. Yeni ildə (2019) birinci  bizim işğal olunmuş Qarabağımız və digər 7 rayonumuz Ermənistanın işğalından azad olunmasını, 40 milyonluq Güney Azərbaycan türkünün İran adlanan fars şovinist və molla rejiminin əlindən qurtarsını, eləcə də Güney Azərbaycanın öz milli mübarizəsində azadlıq və istiqlalını əldə etməsini arzu edirik. Güney Azərbaycanda millətimizin istiqlal və azadlıq mübarizəsində qəhrəman millətimizin kənarında çiyin-çiyinə sonuna geder olmağımızı bildirib, bu yolda hər kəslə birlikdə yardımlaşmağa hazırıq. Azərbaycan və türk dövlətlərindən də bu həssas durumda Güney Azərbaycanda millətimizin istiqlalı, eləcə də bütöv, böyük və güclü Azərbaycanın yaranmasına yardım etməlirini umuruq.

 

Böyük Azərbaycan xalqına eşض olsun ve həmrəylik günü mübarək olsun

 

Avstraliya Azərbaycan Assosasiyası Birliyinin  Prezidenti

Mikayil Oyta

 

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın