Avstraliya Federal Hökumətindən sayın Mikayıl Oytaya təşəkkür məktubu-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Federal Hökumətinin baş naziri sayın İskot Morison Avstraliya Azərbaycan Assosiyasının Prezidenti GADTB Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl Oytaya təşəkkür məktubu ünvanlamışdır.

Avstraliya Federal Hökumətinin baş naziri sayın İskot Morison öz məktubunda sayın Oytanın Avstraliyada meşə yanğınları zamanı dövlətin yanğını söndürmədə səylərini himayə etdiyi üçün ona təşəkkür etməklə yanaşı söz vermişdir ki, Avstraliya Federal Hökuməti yaşanan fəlakətin nəticələrini aradan qaldırmaqda çalışacaq.

Qeyd edək ki, 2020-ci il yanvarın 4-də Avstraliya Azərbaycan Assosiyasının Prezidenti, GADTB Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl Oyta Avstraliya Federal Hökumətinin baş naziri İskot Morisona məktubla müraciət etmiş və Avstraliyada çoxlu zərərə səbəb olan meşəyanğınlarında dövlətin səylərini himayə etdiklərini bildirmişdir.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın