Çərşənbə axşamı , Aprel 23 2024
azfa

Avstraliya Federal Polisi erməni terroristlərin tapılmasına 1 milyon dollar pul mükafatı təyin edib

GADTB-nin Mətbuat Mərkəzinin yaydığı məlumata görə, bu gün Avstraliya Federal Polisi 39 il öncə 1980-cı ildə Türkiyə Baş konsulu Şarık Ariyakı və mühafizəçisi ataşe Engin Severi terror etmiş erməni terroristlərin tapılmasına 1 milyon dollar pul mükafatı təyin edib.

Qeyd edək ki, dünən 2019-cu il dekabrın 17-i Avstraliyanın Sidney şəhərində ermənilərin 39 il öncə 1980-cı ildə terror etdiyi Türkiyə Baş konsulu Şarık Ariyak və mühafizəçisi ataşe Engin Severin şərəfinə anım mərasimi keçirilib. Tədbiri Türkiyənin Baş konsulluğu düzənləmişdi.

Sidneydə keçirilən tədbirə Avstraliya Azərbaycan Assosiasının prezidenti, GADTB-nin Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl Oyta və GADTB Maliyyə Departamentinin sədri sayın Sima xanım da qatılmışdılar.

Həmçinin yoxlayın

Qazaxın azad edilən kəndində Azərbaycan bayrağımı qaldırıldı

GADTB: Qazaxın erməni işğalından azad edilən Aşağı Əskipara kəndində Azərbaycan bayrağı dalğalandırılıb. Bu barədə “Azadlıq” …

23 Aprel Türkiyə Milli Suverenlik və Uşaq Bayramı günüdür

GADTB: Türkiyə Böyük Millət Məclisinin (TBMM) açılışı münasibətilə təsis edilən bu bayram Türkiyə xalqının ulu …

Bir cavab yazın