Cümə , Aprel 19 2024
azfa

“Avstraliya hökuməti Qarabağı Azərbaycanın bir parçası olaraq tanıyır” – Mikayıl Oyta

GADTB: Azərbaycan ordusunun ölkəmizin 30 ildir Ermənistanın işğalı altında qalmış torpaqlarımızı azad etmək üçün başlatdığı əks-hücum əməliyyatı – bunu terrora qarşı əməliyyat da adlandıra bilərik – dünyada birmənalı qarşılanmır. Bəzi dost ölkələr uğurlarımıza sevinərək, haqq işimizə, ədalətli mübarizəmizə hərtərəfli dəstək versələr də, əksər ölkələr ya bitərəf qalaraq səslərini çıxarmırlar, ya da açıq-aşkar Ermənistanın işğalına haqq qazandırır, hətta işğalını davam etdirmək üçün bu ölkəyə silah-sursat yardımı da edirlər. Bütün bunlara baxmayaraq, Azərbaycanın güclü və çevik ordusu qarşısında duruş gətirməyən Ermənistan müharibə meydanındakı məğlubiyyətinin əvəzini Azərbaycanın dinc şəhərlərini Rusiyadan aldığı ballistik raketlərlə vurmaqla çıxmağa çalışır. Dinc əhalini hədəf almaq isə, məlum olduğu kimi, müharibə cinayəti sayılır. Amma ən dəhşətlisi odur ki, bu cür müharibə cinayətini dünya ictimaiyyəti görmək və duymaq istəmir.  

Hafta.az-a danışan Avstraliya Azərbaycan Asossiyalar Birliyinin ( AAA) prezidenti  və  Güney Azərbaycan Demokratik Türk Birliyinin ( GADTB) beynəlxalq deportamentinin sədri Mikayıl Oyta bildirir ki, Avstraliyada  yaşayan, güneyli-quzeyli bütün azərbaycanlılar əmindirlər ki, 30 ildir erməni işğalı altında olan vətən torpaqları tam azad ediləcək. “Bütün avstraliyalı azərbaycanlılar torpaqlarımızı azad edən igid əsgərlərimizin gücünə və Ali Baş Komandan, Prezident İlham Əliyevin əzminə inanırlar. Əminik ki, işğal olunmuş torpaqlarımız tezliklə erməni terrorçularının tapdağından xilas ediləcək” deyən M.Oyta əlavə edib ki, son günlər Azərbaycandan aldıqları xəbərlər onları çox sevindirir və qürurlandırır.

“Beynəlxalq qanunları heçə sayan, vəhşi və qaniçən Ermənistanın silahlı terrorçu qüvvələri Azərbaycanın qəhrəman və güclü ordusu qarşısında aciz vəziyyətdədir. Ordumuzun qarşısında duruş gətirə bilməyən ermənilər xaincəsinə dinc azərbaycanlı əhalini hədəf seçirlər. Gəncə şəhəri müharibə bölgəsindən çox aralıda yerləşir. Gecə saatlarında yuxudaykən uşaqlarımızı hədəf alırlar, günahsız körpələrimizi şəhid edirlər. Onlar bu yolla artıq neçənci dəfədir ki, Azərbaycan-türk xalqına qarşı soyqərəm edirlər” deyən M.Oytanın sözlərinə görə, Rusiya və İrandan gizli və ya açıq silah-sursat ayrdımı alan Ermənistanın törətdiyi qırğınlara xalqımız göz yuma bilməz. “Belə çətin günlərdə dostumuz-düşmənimiz bəlli oldu. Qazanan isə Azərbaycandır və güclü, qəhrəman ordumuza eşq olsun” deyir M.Oyta.

Müsahibimiz deyir ki, Avstraliyanın iki böyük siyasi təşkilatı olan Liberal və Əmək partiyaları, federal hökumət Qarabağ torpaqların Azərbaycanın bir parçası olaraq tanıyır. Buna baxmayaraq, Avstraliya hökuməti bu ərazilərdə gedən döyüş əməliyyatlarının dayandırılmasını tələb edir.  “Amma biz – Avstraliya Azərbaycan Asossiyasının Birliyi və həmçinin, Güney Azərbaycan Demokratik Türk Birliyi olaraq mövqeyimizi açıq şəkildə ortaya qoymuşuq. Federal hökumətə, Xarici İşlər Nazirliyinə və bütün millət vəkillərinə, eləcə də yerli xəbər agentliklərinə, dövlət və xüsusi telekanallara, radiolara mövqeyimizi əks etdirən bəyanatlar təqdim edərək bölgədə baş verənlər barədə əsl həqiqətləri onlara açıqlamışıq” deyən M.Oytaya görə, bütün bunlara baxmayaraq, bir sıra millət vəkilləri və bəzi qruplar ermənilər tərəfindən ələ alınıb və onlar Ermənistanın mövqeyini müdafiə edirlər. Amma təbii ki, Azərbaycan icması onlara çox sərt və münasib cavablar verməkdədir. 

“Biz Avstraliya Xarici İşlər Nazirliyi ilə təmas quraraq Azərbaycanın haqlı mövqeyini çatdırmışıq, məktublar yazaraq qanuni istəklərimizi onlara izah etmişik. Biz həmçinin SBS və ABC kimi TV və radiolara müsahibələr vermişik. İşimizi bitmiş saymırıq və həqiqətləri Avstraliya ictimaiyyətinə çatdırmaq üçün daha böyük əzm göstəririk. Təbii ki, erməni diasporu da dayanmır, ölkəmizin əleyhinə fəaliyyətini daha da gücləndirib. Buna baxmayaraq, Azərbaycandakı şəhidlərimizin qanını almaq üçün ermənilərin törətdikləri cinayətləri ifşa etməkdəyik. Bilirik ki, haqq bizim tərəfimizdədir. İşğal olunmuş topraqlarımızı geri alanadək düşmənə atəş, ordumuza zəfər arzulayırıq”, – deyir M.Oyta. 

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …

Bir cavab yazın