Cümə axşamı , Aprel 18 2024
azfa

Avstraliya yanğınında böyük fəaləkətə çevrilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliyada baş verən yanğında 480 milyona yaxın heyvanın ölüb.

Bu barədə Sidney Universitetinin bioloqlarının təxmini hesabatlarında məlumat verilib.

Tələf olan heyvanlar məməlilər, quşlar və sürünənlərin müxtəlif növləridir. Mütəxəssislər Avstraliyadakı yanğınların genişliyi və dərəcəsinə baxaraq rəqəmin artacağına ehtimal edirlər.

Ətraf mühit üzrə mütəxəssislər də yanğın nəticəsində Avstraliyanın bir sıra bitki və heyvan növlərinin məhv olduğunu söyləyiblər. Onlar qeyd ediblər ki, ötən iki əsrdə qitədə, təxminən, 34 növ heyvanın məhv olub.

Yanğın bu günə qədər azı 24 nəfərin həyatına son qoyub. O cümlədən, üç yanğın söndürən ölüb, 1.5 milyon hektar ərazi yanıb.

Yanğınlarda alovların hündürlüyü 70 metr yüksəkliyində olub ki, məşhur Sidney Opera binasından 5 metr daha uzun alovlar meydana gəlib.

İstilərin artması və rütubətin azalması Avstraliyada mövsümi yanğınların genişlənməsinin əsas səbəbləridir.

Qeyd edək ki, Avstraliya Azərbaycan Assosiyası Prezidenti sayın Mikayıl Oyta bununla bağlı aidiyyəti orqanlara müraciət etmişdilər.

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …

Bir cavab yazın