Cümə , Aprel 19 2024
azfa

Avstraliyada GADTB tərəfindən Mikayıl Oytanın iştirakı ilə Türkiyənin Zəfər bayramı tədbiri keçirilib-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün 30 avqust – Türkiyənin Zəfər bayramı ilə bağlı Türkiyə Cümhuriyyətinin Avstraliyadakı baş konsulluğunun təşkilatçılığı ilə tədbir  təşkil olunub. Tədbirdə Avstraliya Azərbaycanlıları Assosiasiyası (AAA) Prezidenti və Güney Azərbaycan Demokratik türk Birliyi (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl bəy Oyta yüksək səviyyədə iştirak edərək çıxış edib.

Sidney şəhərində  iki müxtəlif yerdə keçirilən tədbirdə Türkiyə Cümhuriyyətinin Avstraliyadakı baş konsulu, Avastraliya Müdafiə Nazirliyinin hərbiçiləri,  Güney Azərbaycan Demokratik Türk Birliyi”, “Türk Körpü Muzik Sənətkarlar  Assosiasiyası”  və  Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətini təmsil edən digər təşkilat rəhbərləri iştirak edib.

Qeyd edək ki, Avqustun 30-u Türkiyə tarixinin ən önəmli günlərindən biri – Zəfər bayramıdır. 1922-ci il avqustun 30-da Türkiyə ordusu Mustafa Kamal Paşanın komandanlığı altında Qurtuluş savaşının taleyini həll edəcək zəfər qazanaraq ölkənin cənub-qərbini yunan işğalından azad edib.

GADTB Beynəlxalq Əlaqələr Departamenti sədri sayın Mikayıl Oytanın Türkiyənin Zəfər bayramında çıxışı

Publicerat av Ali Huseyn Söndag 30 augusti 2020

Həmçinin yoxlayın

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Rafael Qrossi İranın nüvə silahı yaratmağa çox yaxınlaşdığını deyir

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi dünən Vyanada Almaniyanın ARD dövlət televiziyasına …

Bir cavab yazın