Cümə axşamı , Yanvar 24 2019
azfa

Avstraliyada PKK, PYD, PYG və SPD kürd terror təşkilatları ilə bağlı möhtəşəm mitinq və M.Oytanın çıxışı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliyanın Sidney şəhərində 2018-ci il fevral ayının 17-də 17:00-dan 19:00-dək kürd terror təşkilatları PKK, PYD, PYG və ASP-nın Avstraliyada terrorçu təşkilatlar siyahısında qalması tələbi ilə möhtəşəm mitinq keçirilib. Mitinq Avstraliyada yaşayan türk siyasi fəallar o cümlədən Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxaql Əlaqələr Departamentinin və Avstraliya Azərbaycan Assosasiyasının sədri sayın Mikayıl bəy Oyta və GADTB Maliyyə Departamentinin sədri sayın Sima xanımın təşəbbüsü ilə baş tutub.

Son günlər kürd terror təşkilatı PKK və onun digər qanadlarının Avstraliyada terrorçu təşkilatlar siyahısından çıxarılmaları üçün təxribatı və bu istiqamətdə terrorçuların Avstraliyanın Yaşıllar Partiyasının sədrini ələ almalar Avstraliyada yaşayan Azərbaycan-türk fəalların ciddi etirazına səbəb olmuşdur.

Terrorçuların Yaşıllar Partiyasını ələ almaları və onların himayəsi ilə adlarını terrorçu təşkilatlar siyahısından çıxarmağa cəhdinə qarşı imzatoplama kampaniyası keçirilib, sonda da Sidneydə möhtəşəm mitinq təşkil olunub. Mitinqdə cənab M.Oyta ingilis dilində Avstraliya Parlamentinə müraciətini səsləndirib.

Qeyd edək ki, bir neçə gün öncə GADTB Beynəlxalq Əlaqələr Departamentinin və Avstraliya Azərbaycan Assosasiyasının sədri sayın Mikayıl Oyta terrorçu PKK təşkilatının təxribatı ilə bağlı senator Richard Di Natale-yə müraciət etmişdi.

Müraciətdə cənab Oyta Avstraliya vətəndaşı kimi Yeni Cənubi Velz vilayətinin senatoru Lee Rhiannonun terrorçu PKK təşkilatının banneri və afişaları ilə şəklil çəkdirməsi, eləcə də onun terrorçu PKK təşkilatını himayə etməsinə öz etirazını bildirmişdi. Cənab Oyta xüsusilə Lee Rhiannonun Avstraliya dövlətinə PKK terror təşkilatını terrorçu təşkilatlar siyahısından çıxarılmasına dair müraciətinə öz etirazını bildirmişdi. Müraciətin davamında PKK terror təşkilatının yüzlərlə terror əməlindən bəzilərini sadalanmışdı.

GADTB Beynəlxalq Departamentinin və AAA-nın sədri cənab Mikayıl Oytanın mitinqdə çıxışı:

 

Mitinqdən videolar və şəkillər:

 

 

 

 

 

Həmçinin yoxlayın

ABŞ İran adlanan ölkəyə və Rusiyaya qarşı növbəti sanksiyalar tətbiq edir

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi fars rejimə və Rusiyaya qarşı yeni sanksiyalar …

İrqçi fars rejim ərəblərin ərazisində yüksək keyfiyyətli neft ehtiyatı aşkarladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim ərəblərin yaşadığı ərazidə yüksək keyfiyyətli …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir