Şənbə , Aprel 20 2024
azfa

Ayrıseçkilik nəticəsində Güney Azərbaycanda koronaviruslu xəstələrin müalicəsi dayanıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın bütün vilayətlərində, xüsusilə Şərqi Azərbaycanda rejimin ayrıseçkilik siyasəti nəticəsində artıq koronavirus xəsətələrinin müalicəsi aparılan xəstəxanalarda, o cümlədən Təbrizin İmam Rza xəstəxanasında kit çatışmazlığı nəticəsində xəstələrdən test götürmə və onların qəbulu dayandırlıb.

Az sayda xəstəxanada isə xəstələrdən ən azı 700 min tümən alınmaqla koronavirus testi götürülür. Faktiki olaraq irqçi fars-molla rejimin Çindən Quma, oradan isə Azərbaycanda koronavirusu yaydıqdan sonra əhalini Allah ümidinə buraxıb.

Digər tərəfdən isə rejimin təhlükəsizlik orqanları və terrorçu sepahın göstərişi ilə koronavirusa yoluxan və ölənlərin statistikası gizlədilir, elan olunanda da statistika bir neçə qat az elan edilir və həmin statisti8kanın da həqiqəti əks etdirmədiyi bildirilir.

Şərqi Azərbaycan vilayətində rejimin göstərişi ilə elan edilən statistikaya görə, 5 gün ərzində Covid-19 infeksiyasına 740 yeni yoluxma halı elan olunub. Lakin bu rəqəmin həqiqəti əks etdirməməsini hətta dəfələrlə rejimin öz rəsmiləri və həkimlər də elan edib. Həqiqəti deyən həkimlər isə işdən uzaqlaşdırılıblar.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın