Çərşənbə axşamı , Aprel 23 2024
azfa

Azərbaycan Ermənistandan öz ərazisinə edilən hücumlarla bağlı işğalçı dövlətə ciddi xəbərdarlıq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanatla Ermənistandan Azərbaycan ərazisinə edilən hücumlarla bağlı işğalçı dövlətə ciddi xəbərdarlıq ediblər.

Bəyanatda bildirilir ki, yeni humanitar atəşkəs rejiminə riayət edən Azərbaycan bütün cəbhə boyu düşmənin törətdiyi təxribatlara təmkinlə yanaşaraq yalnız adekvat tədbirlər görür.

“Bundan istifadə edən Ermənistan isə cəbhənin müxtəlif istiqamətləri, xüsusilə də bərpa edilmiş dövlət sərhədləri üzrə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməklə növbəti təxribatlarına zəmin yaradır.

Ermənistan rəhbərliyi artıq dərk etməli və hesablaşmalıdır ki, bərpa edilmiş dövlət sərhədləri münaqişə zonası deyil və Azərbaycanın tamhüquqlu suveren ərazilərini müəyyən edən beynəlxalq birlik tərəfindən tanınan dövlət sərhədidir. Dövlət sərhədinin toxunulmazlığı təmin edilməlidir. Bu istiqamətdə baş verən istənilən təxribat ərazi bütövlüyümüzə təcavüz kimi dəyərləndirilir.

Bu baxımdan Azərbaycan öz ərazilərinə təhdid təşkil edən istənilən legitim hərbi hədəfləri yerləşdiyi ərazidən asılı olmayaraq məhvetmə hüququna malikdir”, – bəyanatda vurğulanıb.

Həmçinin yoxlayın

Güney Azərbaycanın Sayınqala bölgəsində Azərbaycan türkcəsində yazılmış lövhələr yığışdırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimin əlaltıları Güney Azərbaycanın Sayınqala bölgəsində …

Güney Azərbaycan şəhərlərində pensiyaçılar etiraz aksiyaları keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Güney Azərbaycanın Şərqi və Qərbi Azərbaycan, Ədəbil, Həmədan …

Bir cavab yazın