Çərşənbə , Aprel 24 2024
azfa

Azərbaycan ordusu çox sayda Azərbaycan qəsəbə və kəndini erməni işğalından azad etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan ordusu çox sayda Azərbaycan qəsəbəsi və kəndini erməni işğalından azad etdi.

Bununla bağlı Azərbaycan prezidenti iki tvitlə Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan Respublikası ilə Güney Azərbaycan arasında sərhədin tam nəzarətə götürülməsinin təmin olunduğunu bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev Tvitter səhifəsində həmçinin yazıb ki, Müzəffər Azərbaycan Ordusu Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfidinli, Aşağı Rəfidinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Həmçinin Prezident yazıb: “Müzəffər Azərbaycan Ordusu Zəngilanın Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərini və Ağbənd qəsəbəsini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.

Həmçinin yoxlayın

İran mediası Azərbaycana qarşı təbliğatı davam etdirir

GADTB: Tinn.ir saytı “Müqəddəs Sarkis kilsəsindən Zəngəzur dəhlizinə fərqli və şok edici etiraz” adlı  qərəzli …

Molla rejimi Təbrizin Səhənd stadionuna qadınların girişinə qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Təbrizin Səhənd stadionuna qadınların  girişinə …

Bir cavab yazın