Azərbaycan Respublikasında soyadların milliləşdirməsi təklif edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan  Respublikasında soyadların milliləşdirməsi gündəmə gəlib.  Sabiq Təhsil naziri, professor Firudin Cəlilov bununla bağlı deyib ki, soyad sonluqlarını dəyişdirmək üçün çox gecikmişik. Köhnə nəslin soyad sonluğu dəyişməsinin artıq bir mənası yoxdur. Bəzi ziyalılarımızın, elm adamlarının, şair və yazıçılarımızın soyad dəyişməsi doğru olmazdı. Çünki onların kitabları, elmi əsərləri o soyad ilə çıxıb Məsələn, əvvəlki kitablarımı Cəlilov soyadı ilə çap etmişəm, amma son 20 ildə çıxan kitablarımda Ağasıoğlu soyadından istifadə edirəm. Ancaq görürəm ki, mənim kitabımdan istifadə edənlər başqa müəllif kimi müqayisə edirlər. Deyirlər ki, Ağasıoğlunun kitabında bu cür yazılıb, amma Cəlilov belə qeyd edib. Ona görə də ziyalıların soyadını dəyişməsi gecikib.

Onun sözlərinə görə, yeni dünyaya gələnlər, gənclər üçün soyadın milliləşməsi çox vacibdir.

Firudin Cəlilov qeyd edib ki, soyad sonluqlarının dəyişdirilməsinin çox qarışıq tərəfləri var: “Biz parlamentdə qəbul etdik ki, soyad sonluğunu dəyişmək sərbəstdir, kim soyadını necə istəyir, elə də dəyişsin. Amma təklif etmişdik ki, “lı” şəkilçisi ilə daha uğurludur. Lakin bu model az istifadə olundu. Məsələ qaldırdıq ki, soyadlarımızı milliləşdirin. Çox insan “zadə” sonluğunu yazdırdı. Məsələn, soyadı Məmmədov idi, dəyişdirdi Məmməmdzadə etdi. Burda heç bir fərq yoxdur, “zadə” fars şəkilçisidir. Ona görə bu çox qarışıq məsələdir. Mütəxəssislər toplaşıb bunun asan yolunu tapmalıdırlar”.

Professor vurğulayıb ki, “ov”, “yev” sonluqları da mübahisəlidir: “Mən düşünürəm ki, ruslar o sonluğu bizdən götürüblər. Çünki rusların milli soyad sonluqları “iç” və ya polyaklarda olduğu kimi “ski” şəkilçiləri ilə qurtarır. “lı” şəkilçisi həm yer adına qoşula bilir, həm də soyad sonluğuna. Bu, hansı soya, hansı bölgəyə aid olduğunu göstərir. Əvvəllər “gil” şəkilçisindən də istifadə etmişik. İndi çox az adamda bu şəkilçiya rast gəlirəm. Soyad sonunda “uşağı” sözündən də istifadə edənlər var idi. Lap qədimlərdə isə soyad əvəzinə hansı soydan olduğu göstərilirdi. Məsələn, “Salur Qazan xan”. Qazan xanın Salur boyundan olduğunu göstərir. Amma ən münasib olanı “lı” şəkilçisidir. Bizdə soyad dəyişmə prosesi də xarici ölkələrlə müqayisədə çətin prosesdir. Təklif edərdim ki, valideynlər yeni dünyaya gələn övladlarının soyadını milli formada yazdırsınlar”.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın