Cümə axşamı , Aprel 25 2024
azfa

Azərbaycan şairi Əliağa Vahidin 125 illiyi ilə bağlı marka buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərmarka MMC görkəmli qəzəlxan şair Əliağa Vahidin anadan olmasının 125 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxıb.

Nazirliyin mətbuat xidməti bu barədə məlumat yayıb.

Məlumata görə, Regional Rabitə Birliyi ölkələrinin 2020-ci il üçün müəyyən etdiyi “İncəsənət xadimləri” mövzusundakı birgə buraxılış çərçivəsində hazırlanmış markanın üzərində şairin qrafik portreti təsvir edilib.

“Azərmarka”nın baş rəssamı Vüqar Əyyubovun dizayn etdiyi markalar Belarusda 300 min tirajla çap olunub. Bununla yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanaraq satışa çıxarılıb.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın