Şənbə , Aprel 20 2024
azfa

Azərbaycan və NATO əməkdaşlığı müzakirə olunub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Araz Əzimov dekabrın 5-də NATO-nun Şimali Atlantika Şurasının “Qətiyyətli Dəstək” missiyası üzrə hazırkı və potensial əməliyyat tərəfdaşları ilə birgə xarici işlər nazirləri səviyyəsində iclasında iştirak edib.

İclasda NATO-nun müttəfiqləri və əməliyyat tərəfdaşları Əfqanıstandakı təhlükəsizliklə bağlı vəziyyəti və sülh prosesindəki inkişafları müzakirə edib, bu ölkədə uzunmüddətli sülhə və sabitliyə sadiq olduqlarını bildiriblər.

Nazir müavini Araz Əzimov Əfqanıstan üzrə 13-cü Cenevrə Konfransı ilə yanaşı, hazırkı iclasın bu ölkədə sülhün və sabitliyin bərqərar olunmasına dəstəyin ifadə edilməsi baxımından növbəti imkan olduğunu bildirib. O, Azərbaycanın “Qətiyyətli Dəstək” missiyasına və Əfqanıstanın inkişafına yönələn töhfələrinin davam etdiriləcəyini vurğulayıb.

A.Əzimov Əfqanıstanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına Azərbaycanın dəstəyini bir daha ifadə edib.

NATO Mənzil Qərargahına səfəri çərçivəsində A.Əzimov NATO baş katibinin müavini xanım Rouz Qotemöllerlə görüşüb. .

Görüşdə Azərbaycan və NATO arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin Azərbaycan ilə NATO arasında Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində ötən 25 il ərzindəki uğurlu əməkdaşlıqdan bəhs edilib və əldə olunan nailiyyətlərin əhəmiyyəti vurğulanıb.

Nazir müavini Azərbaycanın Alyans ilə müntəzəm siyasi dialoqu və praktiki əməkdaşlığı davam etdirmək əzmində olduğunu diqqətə çatdırıb.

NATO baş katibinin müavini Azərbaycanın bu təşkilatın rəhbərliyi ilə aparılan “Qətiyyətli Dəstək” missiyasına əhəmiyyətli hərbi qüvvə, tranzit, təlim və maliyyə töhfələrini yüksək qiymətləndirib. O, Əfqanıstanda sülhün və sabitliyin təmininə yönələn səylərinə görə Azərbaycan hökumətinə minnətdarlığını ifadə edib.

Tərəflər, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıb.

 

Həmçinin yoxlayın

İranın İraqdakı terrorçu qrupları ciddi hücuma məruz qaldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, İranın İraqdakı yetişdirdiyi terrorçu qrupları ciddi hücuma məruz …

İsrail 3 F-35 qırıcı təyyarəsi ilə İranda nüvə obyektini qoruyan raket sistemini vurub

GADTB: İsrail 3 F-35 qırıcı təyyarəsi ilə İranda nüvə obyektini qoruyan Hava Hücumundan Müdafiə sistemini …

Bir cavab yazın