Cümə axşamı , Avqust 13 2020
azfa

Azərbaycanda yaşayan ahıska türkləri: “Sürgündə aparıldığımız dəmiryolunu özümüzə düzəltdirmişdilər”

GADTB: Azərbaycanda yaşayan ahıska türkləri o günlərin acı xatirələrini “Anadolu Agentliyi” ilə bölüşüb. Onlar sürgünün 75-ci ildönümü münasibəti ilə Türkiyənin paytaxtı Ankarada təşkil olunan tədbirdə iştirak ediblər.

Azərbaycanda yaşayan 95 yaşlı Enser Rızmanoğlu 20 yaşlarında olarkən hazırda Gürcüstan torpaqlarında olan məmləkəti Kikinetdən Özbəkistana sürgün edildiyini  deyib.

“Ölənlərimiz oldu, qocalarımız, yolda-izdə qalanlar… 1958-ci ilə qədər Özbəkistanda yaşadıq. Daha sonra Azərbaycana gəldik. Hələ də orada yaşayırıq”, – deyə Rızmanoğlu bildirib.

Rızmanoğlu Azərbaycanda ana dillərini və mədəniyyətlərini itirmədiklərini qoruduqlarını, bununla belə sürgün edilərkən yaşanan əziyyətləri heç unutmadığını bildirdi. O, sürgün olunduqları dəmir yolunu da özlərinə çəkdirildiyini vurğulayıb:

 “Dəmir yolu  çəkilənə qədər heç nədən xəbərimiz yox idi. Dəmir yolu çəkildikdən sonra əsgər gətirdilər. Bizi bir kənddən digərinə buraxmadılar. Biri başqa kəndə qonaq getmişdisə də o kənddə qaldı. 3 ay belə oldu. Bilmirdik ki, sürgün olunacağıq…”, – deyə o bildirib.

Daha sonra kənd sakinlərinə “sizi bir yerə aparacağıq sonra yenidən bura gətirəcəyik” deyiblər. Rızmanoğlunun sözlərinə görə, səhər vaxtı hamısı evlərindən çıxarılıblar, kənddən kənarda 3 gecə açıq havada saxlanılıblar, sonra qatarlar gətirilib.

“Qatarlar o qədər müsəlmanları sürgün etmişdi ki, bitlər vardı, vaqonlardan süpürülürdülər. Bizi ora doldurdular. Ondan sonra ağlayan kim…”, – deyə o, bildirir.

Onun sözlərinə görə, bəziləri elə yolda həyatlarını itirdilər.

“Yolda ölən sahibsiz idisə, elə orada da basdırıldılar. 1 ay 31 gün getdik, yol apardı bizi Özbəkistana”.

Bakıda yaşayan 80 yaşlı Musayev Raqib Rıdvanoğlu isə vətənlərindən sürgün edilərkən hələ 8-9 yaşlarında bir uşaq olduqlarını bildirib. O, Stalin hökumətinin ahıska türklərinin özlərinə düzəltdirdiyi  dəmir yolunu  elə onları sürgün etmək üçün istifadə etdiyini deyib:

“Atam, Allah rəhmət eləsin, dəmir yolunu döşədi. Ordan da bizi sürgün etdilər. Səhəri dedilər ki, burda təlim olacaq, qapıya çıxmayın. Səhər qapıya çıxanda gördüm ki, hər yer özbəklə doludur. Özbəklərdən biri mənə sizin hamınız gedəcəksiniz, – dedi”.

Sürgün yolunun uzun olduğunu deyən Rıdvanoğlu 1 ay 10 gün yol getdikldərini deyib.

Qeyd edək ki, 1944-cü ilin noyabr ayında Sovet İttifaqı dönəmində Stalin tərəfindən bu gün Gürcüstanın sərhədləri içində olan Ahıska bölgəsində 86 min türk və müsəlman qatarlara doldurularaq Orta Asiyaya sürgün edilmişdi. Vaqonlarda üst-üstə mindirilən sakinlərin məcburi səfəri bir aydan artıq çəkmişdi. Təqribən 17 min insanın həyatını itirdiyi səfərin sonunda  Qazaxıstan, Qırğızıstan və Özbəkistanda yerləşdirilən ahıska türkləri 12 il müddətində burada ağır rejimdə saxlanılmışdı.

Həmçinin yoxlayın

GADTB başqanı Əjdər Tağızadənin Türk komandanların Azərbaycana gəlişi ilə bağlı mesajı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Türkiyə “İldırım-5’’ әmәliyyatına start verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Tәhlükәsizlik qüvvәlәri Hatayın Amanoslar bölgәsindә separatçı terror …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir