Azərbaycanın tarixi Ekbatan təpəsi UNESCO-nun mədəni irs siyahısına salına bilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın qədim şəhəri Həmədanda yerləşən tarixi Ekbatan ərazisi və təpəsinin UNESCO-nun mədəni irs siyahısına salınması üçün işlər sürətləndirilir.

Həmədan vilayətinin Mədəni İrs, Turizm və Əl Sənayesinin direktoru Əli Malmir bu barədə məlumat verib.

Məsələ vilayətin məclisdəki nümayəndələrinin iştirakı ilə təşkil olunmuş iclasda müzakirə olunub.

Əli Malmirin sözlərinə görə, toplantıda vilayətdə mədəniyyət məsələlələri müzakirə olunub. İclasda ilin sonunadək Ekbatanın qeydiyyata alınması üçün UNESCO-ya təqdim edilməsi vurğulanıb.

Qeyd edək ki, Güney Azərbaycanda Ekbatan tarixi türk şəhəri olub və Quzey Azərbaycanda da Lökbatan adlı tarixi qəsəbə və məntəqə mövcuddur.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın