Şənbə , Aprel 20 2024
azfa

Rejim azərbaycanlı fəal Əli Əzizinin zaminə buraxılması üçün daha 150 milyonluq vəsiqə təyin etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya sakini olan azərbaycanlı milli fəal Əli Əzizi rejim tərəfindən şərlənərək əlavə “Virtual aləmdə yalan yaymaq”da ittiham edilib. Daha öncə “GAMAC”-a üzvlükdə ittiham edilib, 500 milyon tümənlik vəsiqə təyin edilmiş fəala rejimin Urmiyada yerləşən məhkəməsinin 16-cı istintaq şöbəsi tərəfindən müvəqqəti sərbəst buraxılması üçün əlavə 150 milyonluq vəsiqə təyin edilib. Beləliklə, azərbaycanlı fəal 650 milyon tümənlik vəsiqə girov qoymalıdır.

Rejimin məhkəməsinə Musəvi sədrlik edib və azərbaycanlı fəalın əvvəlki yalan ittiham kimi yeni ittihamı da rədd edib.

Qeyd edək ki, Əli Əzizi bundan öncə də irqçi fars rejim tərəfindən yaxalanaraq, həbs edilmişdir. Fəal hətta bu il iyunun 8-də rejimin məhkəməsi tərəfindən şallaq zərbəsinə məhkum edilib və qərar Urmiyada Beheşti adına Qərarları İcra Edən Kompleks tərəfindən icra edilmişdir.

Həmçinin yoxlayın

Terrorçu kürdlərin Sulduzda soyqırım törətmələrinin ildönümü ilə bağlı aksiya

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 20-də Urmiyada Sulduzda terrorçu kürdlərin törətdiyi soyqırımla …

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Bir cavab yazın