Şənbə , May 30 2020
azfa

Azərbaycanlı fəal Əmir Səttari yaydığı səs faylı ilə aclıq aksiyası keçirməsinin səbəbini açıqladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəal Əmir Səttari iyunun 10-da rejimin Təbrizdə yerləşən zindanından yaydığı səs faylı ilə aclıq aksiyası keçirməsinin səbəbini açıqladı.

Fəal sözlərinə İmam Hüseyninin “Müsəlman olmasaz da, azadə insan olun” sözü ilə başlayayarq deyir:  “Mən aclıq aksiyasının 3-cü günündə məhkəmə işimlə bağlı müəyyən məsələlərə aydınlıq gətirmək istəyirəm. Bilirsiniz ki, “haqq verilməz, alınar”. Ona görə də məhkəmənin ədalətsiz qərarı və təhlükəsizlik qüvvələrinin təzyiqi ilə pozulan hüquqlarımı bərpa etmək üçün aclıq aksiyasına başladım. Bu yolla tapdalanan hüququmun bərpa olunmasına nail olacam və ya bu yolda öləcəm.

Mən saxta ittihamlarla yaxalanmışam. Pozulan hüquqlarımın təmin olunması üçün bütün qanuni yollara baş vurdum. Təəssüflə, qanundan üstün olan güclər tələblərimin təmin olmasına mane oldular.

Mədəni fəaliyyət və vətəndaş hüququ ilə bağlı həm ölkə konstitusiyası, həm də ümumdünya insan hüquqları bəyannaməsində çoxlu müddəalar var. Lakin biz mədəni fəallar dinc yolla hüquqlarımızın təmin olunmasını istədiyimiz an yalan ittihamlarla qarşılaşır və ağır məhkəmə hökmləri ilə cəzalandırılırıq. Halbuki, biz ədalətin bərpa olunmasının tərəfdarıyıq.

Mən sonda təkid edirəm ki, yaxın gələcəkdə dosyemlə bağlı yeni sənədlər açıqlayacam. Məqsədim odur ki, bütün mədəni fəallar, insan hüquqları müdafiəçiləri, hüquqşünaslar və qanunun düzgün icra olunmasını tələb edən hər kəs mətni oxuyub Təbrizin məhkəmə sistemi və təhlükəsizlik orqanlarının fəaliyyətini qiymətləndirsinlər”.

Həmçinin yoxlayın

İrqçi fars-molla rejiminin Səhər televiziyası Qərbi Azərbaycanı Kürdüstan adlandırdı-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin Antiazərbaycan “Səhər” televiziyası Qərbi Azərbaycanı …

ABŞ Rusiyadan Qafqazda işğalı dayandırmağı tələb etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Amerika Rusiyadan tələb edib ki, Qafqazda işğallara son …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir